Bakıda Mərkəzi İncəsənət Məktəbi yaradılır

Bakıda Mərkəzi İncəsənət Məktəbi yaradılır
# 07 sentyabr 2013 08:29 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. Nazirlər Kabineti Bakı şəhər Qara Qarayev adına 8 nömrəli onbirillik musiqi məktəbinin bazasında Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin yaradılması haqqında qərar qəbul edib.

Bu barədə APA-ya Nazirlər Kabinetindən məlumat verilib.

Qərar Mədəniyyət və Turizm Nazirliyinin Maliyyə Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi ilə razılaşdırılmış təklifi nəzərə alınaraq qəbul edilib.

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin maliyyələşdirilməsi dövlət büdcəsinin Bakı şəhəri üzrə yerli xərclərinin "Təhsil" bölməsində nəzərdə tutulmuş müvafiq xərcləri hesabına həyata keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR