Beynəlxalq Qızıl Xaç Komitəsi Dağlıq Qarabağ münaqişəsi nəticəsində itkin düşən şəxslərin sayını açıqlayıb - VİDEO

Beynəlxalq Qızıl Xaç Komitəsi Dağlıq Qarabağ münaqişəsi nəticəsində itkin düşən şəxslərin sayını açıqlayıb - <span style="color: red;">VİDEO
# 24 yanvar 2014 09:07 (UTC +04:00)

APA-nın verdiyi məlumata görə, bunu bu gün keçirdiyi mətbuat konfransında Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Deniz Duran söyləyib.

O bildirib ki, bu şəxslərin ailə üzvləri BQXK-nın Azərbaycan nümayəndəliyinə birbaşa müraciət edərək, öz yaxınının itkin düşdüyü haqqında məlumat verir: “Dövlət Komissiyasında isə kriteriyalar fərqlidir. Yaxınları, tanışları dövlət orqanlarına müraciət edə bilər və həmin şəxs də itkin düşmüş şəxs kimi qeydiyyatdan keçəcək. Ona görə BQXK və Dövlət Komissiyasının siyahıları arasında fərqin olması təbiidir. Ancaq biz əməkdaşlıq nəticəsində siyahıları uyğunlaşdırırıq. Ona görə də əvvəlki illərə nisbətən fərq böyük deyil. Hazırda Dövlət Komissiyasında 4035 itkin düşmüş şəxsin adı var. Ümumiyyətlə, 4600 nəfərə yaxın şəxs Dağlıq Qarabağ münaqişəsi nəticəsində itkin düşüb. 4600 nəfərlik siyahıya ermənilər də daxildir”.

İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılmasına gəlincə, D.Duran nəzərə çatdırıb ki, ailələrin məlumat əldə edəcəyi real, gözə görünən inkişaf yoxdur: “Biz məlumatları qoruyub saxlayırıq. Ümid edirik ki, tərəflər gələcəkdə qalıqların eksqumasiyasını həyata keçirəcək və hazırda toplanmış məlumatlar nəticəsində ailələrə sevdikləri insanlar haqqında məlumat veriləcək”.

D.Duran deyib ki, Azərbaycan və Ermənistanın müvafiq dövlət komissiyaları yaratması göstərir ki, tərəflər itkin düşən şəxslərin talelərinin aydınlaşdırılmasında maraqlıdır: “Ancaq hazırda iki dövlətin dövlət komissiyaları arasında birbaşa əlaqə mövcud deyil, BQXK neytral tərəf kimi onların arasında əlaqə yaradır. Ümid edirik ki, gələcəkdə dövlət komissiyaları birbaşa əlaqə saxlaya biləcəklər”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR