«Bank Technique» yeni depozit növünü təqdim edir

«Bank Technique» yeni depozit növünü təqdim edir
# 17 sentyabr 2013 09:39 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Bank Technique» ASC yeni məhsulu olan «Smart» depozitini təqdim edir. Bankdan «APA-Economics»ə verilən məlumata görə, depozitə yerləşdiriləcək minimum məbləğ 100 manat və ya 100 ABŞ dolları olmalıdır, vəsaitlər 12, 24, 48 və ya 60 ay müddətinə yerləşdirilə bilər.

Yeni depozitin cəlbedici xüsusiyyəti, yatırılan vəsait üzrə hesablanacaq faizlərin bir qisminin öncədən ödənilməsidir. Belə ki, «Smart» depozitinə yatırılan pullar üzrə hesablanacaq faizlərin, depozit müddətindən asılı olaraq, 30-50%-lik hissəsi müştəriyə vəsaiti banka yerləşdirdiyi gün, qalıq hissəsi isə depozit müddətinin sonunda ödənilir. Həmçinin, bu depozit növünə yatırılan vəsaitlər Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunur.

Qeyd edək ki, depozit istənilən vaxt bankdan götürülə bilər və hətta bu halda da, depozit üzrə faizlər hesablanır.

«Smart» depoziti həm Bankın xidmət şəbəkəsi, həm də məsafəli şəkildə «Şəxsi Kabinet» xidməti vasitəsilə yerləşdirilə bilər. Bu növ depozitə vəsaitlərini yerləşdirən müştərilərə «Bank Technique»in plastik kartı və səyahət sığortası paketi hədiyyə olunur.

Qeyd edək ki, 1994-cü ildən Azərbaycanın maliyyə xidmətləri bazarında fəaliyyətə başlayan «Bank Technique» 2012-ci ilin sentyabr ayında rebrendinq həyata keçirib. «Bank Technique» Azərbaycanda geniş spektrdə bank və maliyyə xidmətləri göstərir. Hazırda «Bank Technique»in 32 filial və 6 şöbəsi Bakı, Gəncə, Sumqayıt, Abşeron, Mingəçevir, Quba, Qəbələ, Beyləqan, Biləsuvar, Neftçala, Zaqatala, Cəlilabad, Ağstafa, Lənkəran, Xaçmaz, Balakən və Tərtərdə müştərilərin xidmətindədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR