Kürdəmirdə yanğın baş verib

Kürdəmirdə yanğın baş verib
# 24 dekabr 2013 02:35 (UTC +04:00)

Bakı-APA. Kürdəmir rayonunda yanğın baş verib. APA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, yanğın rayon mərkəzindən 40 km aralıda yerləşən Carlı kəndində olub.

Hadisə zamanı vətəndaşa məxsus ümumi sahəsi 180 kv.m olan ikimərtəbəli 6 otaqdan ibarət evin 2-ci mərtəbəsində 1 otağın tavanı 28 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR