Azərbaycan millisinin Türkiyədə keçirəcəyi oyunların təqvimi açıqlanıb

Azərbaycan millisinin Türkiyədə keçirəcəyi oyunların təqvimi açıqlanıb
# 09 yanvar 2014 12:59 (UTC +04:00)

Bakı - APA. Yanvarın 20-25-də Türkiyənin Manisa şəhərində keçiriləcək Egey kubokunun təqvimi açıqlanıb.

Apasport.az saytının məlumatına görə, 16 yaşadək futbolçulardan ibarət milli komandaların iştirakı ilə keçirilən ənənəvi yarışda 8 yığma mübarizə aparacaq.

Azərbaycan millisi A qrupunda Türkiyə, Yunanıstan və Ukrayna ilə qüvvəsini sınayacaq. Yanvarın 20-də baş tutacaq ilk turda komandamız Yunanıstanla üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə saat 16:30-da başlayacaq. Ertəsi gün eyni vaxtda yığmamız meydan sahibləri ilə qarşılaşacaq. Yanvarın 23-də Ukrayna ilə baş tutacaq matç isə 14:00-da başlayacaq. Yanvarın 25-də isə qrup qalibləri arasında final və ikincilərin 3-cü yer uğrunda görüşü baş tutacaq. Bu matçlar müvafiq olaraq 15:00 və 14:00-da başlayacaq. Qeyd edək ki, B qrupunda Fransa, Norveç, ABŞ və Şotlandiya yığmaları mübarizə aparacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR