Sığorta şirkətinin sabiq baş mühasibinin cinayət işi üzrə məhkəmə istintaqı tamamlanıb

Sığorta şirkətinin sabiq baş mühasibinin cinayət işi üzrə məhkəmə istintaqı tamamlanıb
# 03 fevral 2014 09:18 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Ağır Cinayətlər Məhkəməsində “Rəvan Sığorta” Açıq Səhmdar Cəmiyyətinin (ASC) baş mühasibi vəzifəsində işləmiş Nazim Zeynalovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, prosesdə məhkəmə istintaqının tamamlanmasına qərar verilib. Çıxış üçün söz dövlət ittihamçısına verilsə də o, çıxışa hazır olmadığı üçün proses fevralın 4-nə qədər təxirə salınıb.

Qeyd edək ki, N. Zeynalov ASC-yə məxsus 224 min 843 manat məbləğində pulu mənimsəməkdə təqsirləndirilir. Ona Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) maddəsində nəzərdə tutulan ittiham elan edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR