Yenidən qurulan Hacıqabul-Bəhrəmtəpə avtomobil yolunun Hacıqabul-Sabirabad hissəsi istifadəyə verilib - FOTO

Yenidən qurulan Hacıqabul-Bəhrəmtəpə avtomobil yolunun Hacıqabul-Sabirabad hissəsi istifadəyə verilib - <span style="color: red;">FOTO
# 29 avqust 2013 16:01 (UTC +04:00)

APA-Economics”in dövlət başçısı Hacıqabul-Bəhrəmtəpə avtomobil yolunun, o cümlədən yolun Hacıqabul-Sabirabad hissəsinin sxemini, eləcə də tikintidən əvvəlki, tikinti işlərinin gedişini və hazırkı vəziyyətini əks etdirən stendlərə baxıb.

Nəqliyyat naziri Ziya Məmmədov Azərbaycan prezidentinə Hacıqabul-Bəhrəmtəpə avtomobil yolunun yenidən qurulması layihəsi barədə məlumat verib.

Qeyd edilib ki, yolun ümumi uzunluğu 50 km olan Hacıqabul-Sabirabad hissəsinin tikintisi artıq başa çatdırılıb. Ümumi eni 15 metr olan yol ikizolaqlıdır. Yolun hər iki hərəkət hissəsinin və yol çiyninin eni 3,75 metrdir.

Diqqətə çatdırılıb ki, ümumilikdə yol üzərində 4 körpünün, 5 piyada keçidinin, 68 suötürücü borunun, 26 avtobus dayanacağının inşası nəzərdə tutulub.

Dövlət başçısına yolun Sabirabad-Bərhəmtəpə hissəsi barədə də ətraflı məlumat verilib.

Bildirilib ki, uzunluğu 62,5 kilometr olan bu hissədə yeddi körpüdən üçündə yenidənqurma işləri başa çatdırılıb, üç körpüdə işlər 60 faiz tamamlanıb, bir körpüdə isə tikinti-quraşdırma işlərinə başlanıb.

Tikinti-quraşdırma işlərinin 2014-cü ilin mayında tamamlanması planlaşdırılır. Layihə üzrə yolun bu hissəsinin də ümumi eni 15 metrdir. Müqavilə çərçivəsində 7 körpünün, bir piyada keçidinin, 112 suötürücü borunun və 28 avtobus dayanacağının inşası nəzərdə tutulur.

Prezident yolun rəmzi açılışını bildirən lenti kəsib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR