Almaniyada Azərbaycandan olan jurnalistlər üçün seminar keçirilir - FOTOSESSİYA

Almaniyada Azərbaycandan olan jurnalistlər üçün seminar keçirilir - <span style="color: red;">FOTOSESSİYA
# 09 sentyabr 2013 07:19 (UTC +04:00)

Hamburq. Şamil Əlibəyli - APA. Almaniyanın Hamburq şəhərində Azərbaycandan olan bir qrup jurnalist üçün "Siyasət, kütləvi informasiya vasitələri və kommunikasiya” adlı seminar işə başlayıb.

APA-nın seminarda iştirak edən əməkdaşının verdiyi məlumata görə, Almaniyanın "Azadlıq naminə Fridrix Nauman Fondu" tərəfindən təşkil olunan seminarda Azərbaycandan olan jurnalistlərə Almaniya jurnalistikanın xüsusiyyətləri, təşkilatlanması, çətinlikləri barədə məlumatlar verilib.

Seminar zamanı tədbir iştirakçıları Almaniyada jurnalistikanın yaranma tarixi və keçdiyi yol barədə məlumatlandırılıb, onları maraqlandıran suallar cavablandırılıb.

Səfəri zamanı Azərbaycanın media nümayəndələri siyasətçilər, diplomatlar və öz həmkarları ilə görüşlər keçirəcək, ölkənin görməli yerlərini ziyarət edəcəklər.

Tədbir proqramı sentyabrın 14-də başa çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR