Moldovada 20 Yanvar şəhidləri anılıb - FOTOSESSİYA

Moldovada 20 Yanvar şəhidləri anılıb - <span style="color: red;">FOTOSESSİYA
# 20 yanvar 2014 13:45 (UTC +04:00)

Azərbaycanın Moldovadakı səfirliyindən APA-ya verilən məlumata görə, tədbirdə Türkiyə, Latviya səfirləri, Kişinyovda akkreditasiya olunmuş digər diplomatik korpus təmsilçiləri, Moldova ombudsmanı Aureliya Qriqoriu, MAK fəalları iştirak ediblər.

Tədbir iştirakçıları 20 Yanvar faciəsi qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad edib, faciənin 24-cü ildönümü ilə bağlı səfirliyin girişində qurulmuş stendin üzərinə qərənfillər düzüblər. Tədbirdə çıxış edən Azərbaycanın Moldovadakı səfiri Namiq Əliyev bildirib ki, 20 yanvar 1990-cı il Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi həkk olunub. Həmin gün Bakıya qanunsuz daxil olan SSRİ ordusunun böyük hərbi hissəsi, daxili qoşunlar və xüsusi təyinatlılar xüsusi qəddarlıq və vəhşilik törədiblər. Nəticədə yüzlərlə insan öldürülüb, yaralanıb və İtkin düşüb. Bakıda və Azərbaycanın rayonlarında ümumilikdə 133 nəfər öldürülüb, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs edilib, bir çox insan İtkin düşüb.

MAK sədri Vüqar Novruzov deyib ki, 1990-cı ilin yanvar ayında Bakıda və respublikanın rayonlarında baş verən qanlı faciə totalitar rejimin xarakterini ortaya qoyub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR