Milli Məclisin Regional məsələlər komitəsinin iclası keçirilib - VİDEO

Milli Məclisin Regional məsələlər komitəsinin iclası keçirilib - <span style="color: red;">VİDEO
# 13 sentyabr 2013 09:35 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Milli Məclisin Regional məsələlər komitəsinin payız sessiyasında ilk iclası keçirilib.

APA-nın məlumatına görə, iclasda komitə sədri Arif Rəhimzadə ötən sessiyada komitənin fəaliyyəti barədə məlumat verib.

O qeyd edib ki, yaz və növbədənkənar sessiyalarda komitənin 6 iclası keçirilib və bu iclaslarda 14 məsələ müzakirə olunub ki, bunun da 11-i qanun layihəыi olub: “Bu dövrdə komitəyə 200 ərizə, şikayət və müraciət daxil olub. Bunlardan 99-u araşdırılmaq üçün müvafiq təşkilatlara göndərilib”.

İclasda payız sessiyasının iş planı da təsdiq olunub. Komitə payız sessiyasının gündəliyinə 4 qanunda dəyişikliklər layihəsinin müzakirəsini daxil edib. Bunlar bələdiyyələrin inzibati ərazi bölgüsü və eyni zamanda hələ adı məlum olmayan, lakin bələdiyyələr ilə bağlı gözlənilən qanun layihələrinə dəyişikliklərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR