Sabirabad və Hacıqabulda baş verən avtoqəzalarda 4 nəfər xəsarət alıb - VİDEO

Sabirabad və Hacıqabulda baş verən avtoqəzalarda 4 nəfər xəsarət alıb - <span style="color: red;">VİDEO
# 19 sentyabr 2013 12:56 (UTC +04:00)

Sabirabad-Hacıqabul. Əlibəy Zeynallı - APA. Sabirabad və Hacıqabulda baş verən avtoqəzalarda 4 nəfər xəsarət alıb.

BDYPİ-nin istintaq və təhqiqat idarəsinin müstəntiqi Qəzənfər Mansurovun APA-nın Mil-Muğan bürosuna verdiyi məlumata görə, ötən gecə Sabirabad rayonunun Nizami kəndi ərazisində Qazməmməd-Bəhrəmtəpə yolunun 20-ci kilometrliyində baş verən qəzada 2 nəfər ağır yaralanıb. Sabirabad rayonunun Zalqarağac kənd sakini, 1971-ci il təvəllüdlü Əliyev Vüqar Əliverdi oğlunun “VAZ-21015” markalı 90 MD 313 dövlət nömrə nişanlı avtomobillə Nizami kənd sakini, 1989-cu il təvəllüdlü Hidayətov Samir Azad oğlunun idarə etdiyi motosikli yola çıxarkən vurub. Nəticədə motosikldə olan sərnişin 1989-cu il təvəllüdlü İbadov Emin Ramin oğlu ağır bədən xəsarətləri ilə Şirvan şəhər xəstəxanasının reanimasiya, motosiklin sürücüsü isə travmatologiya şöbəsinə yerləşdirilib.

Digər avtoqəza bu gün səhər 07.00 radələrində Bakı-Qazax yolunun 91-ci kilometrliyində Hacıqabul rayonunun Nəvahi kəndi ərazisində baş verib. 1983-cü il təvəllüdlü Bakı sakini Lahicov Amid Vaqif oğlu idarə etdiyi “Mercedes” markalı 90 LK 634 dövlət nömrə nişanlı avtomobili “QAZel” markalı avtomobilə arxadan çırpıb. Nəticədə “Mercedes” yoldan çıxaraq aşıb, sürücüsü və Bakı sakini 1987-ci il təvəllüdlü sərnişin Əhmədov Anar Novruz oğlu müxtəlif bədən xəsarətləri ilə Şirvan Şəhər Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.

Hər iki faktla bağlı BDYPİ-nin istintaq idarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR