Moskvada II Beynəlxalq Parlament Forumu keçirilib - FOTO

Moskvada II Beynəlxalq Parlament Forumu keçirilib - <span style="color: red;">FOTO
# 15 noyabr 2013 11:44 (UTC +04:00)

Moskva. Fərid Əkbərov – APA. Rusiya paytaxtında II Beynəlxalq Parlament Forumu keçirilib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya Federasiyası Konstitusiyasının 20 illiyinə həsr olunan forumda Azərbaycanı Milli Məclis sədrinin müavini Valeh Ələsgərovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Rusiya Dövlət Duması, Xarici İşlər Nazirliyi və Rusiya Tarix Cəmiyyəti tərəfindən təşkil olunmuş forumda müxtəlif ölkələrin parlamentlərinin, beynəlxalq parlament təşkilatlarının üzvləri, ekspertlər və ictimai xadimlər iştirak ediblər.

Forumun açılışında Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin, Federasiya Şurasının sədri Valentina Matviyenko, Avropa Şurası Parlament Assambleyasının sədri Jan Klod Minyon çıxış ediblər.


Azərbaycan nümayəndə heyətinin üzvü, Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə “Parlamentarizm və liberal azadlıqlar”, “İdeyaların formalaşmasının qanunauyğunluqları və demokratik cəmiyyətin formalaşması perspektivləri” mövzusunda məruzə ilə çıxış edib.

Forum çərçivəsində “Gənclər, parlamentarizm və Avrasiya inteqrasiyası” mövzusunda beynəlxalq gənclər konfransı keçirilib. Azərbaycanı bu konfransda Rusiya Azərbaycanlı Gənclər Birliyinin idarə heyətinin üzvü Emin Hacıyev təmsil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR