Beyləqanda kombayn, Bakıda isə "Mercedes" markalı minik avtomobili yanıb

Beyləqanda kombayn, Bakıda isə "Mercedes" markalı minik avtomobili yanıb
# 17 avqust 2013 22:54 (UTC +04:00)

Bakı-APA. Ötən günün axşam saatlarında iki yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Beyləqan rayonunun Birinci Aşıqlı kəndində (rayon mərkəzindən 11 km aralı) vətəndaş tərəfindən idarə olunan kombaynın mühərriki və arxa təkərləri yanıb. Kombaynın qalan hissəsi yanğından mühafizə olunub.

Bundan başqa, paytaxtın Nizami rayonunda vətəndaşa məxsus "Mercedes" markalı minik avtomobilində yanğın baş verib. Nəticədə avtomobilin mühərrik hissəsi və sürət qutusu yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR