Azərbaycanın uzunmüddətli inkişaf konsepsiyasının Milli Fəaliyyət Qrupunun ilk iclası keçirilir - FOTOSESSİYA - VİDEO

Azərbaycanın uzunmüddətli inkişaf konsepsiyasının Milli Fəaliyyət Qrupunun ilk iclası keçirilir - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 10 sentyabr 2013 08:46 (UTC +04:00)

«APA-Economics»in məlumatına görə, Milli Fəaliyyət Qrupunun sədri, iqtisadi inkişaf naziri Şahin Mustafayev bildirib ki, Azərbaycan investisiya məkanına çevrilməklə bərabər, özü investisiya yatıran ölkəyə çevrilib: «Regionda aparılan bütün layihələr Azərbaycanın iştirakı və təşəbbüsü ilə baş tutur. Azərbaycan bazar iqtisadiyyatı dövrünü tamamlayaraq, növbəti keçid dövrünə qədəm qoyub».


Nazir bildirib ki, Azərbaycan uzunmüddətli strateji hədəfləri nəzərdə tutub və gələcəyə nikbin baxır: «Konsepsiyada hədəf kimi qeyri-neft sektorunun illik artımın 7%-dən yüksək olması nəzərdə tutulub. Ümumiyyətlə, sənəddə 8 prinsip əsas hədəf götürülüb. Bəzi göstəricilərdə biz artıq nailiyyətlər əldə etmişik. Artıq bu ilin 7 ayında qeyri-neft sektoru 10%-dən artıq inkişaf edib. Bu da onu göstərir ki, bizim bu konsepsiyada nəzərdə tutduğumuz məqsədlər düzgün hədəfdir».


Qeyri-neft sektorunun ixracının da 7%-dən yuxarı olacağını deyən iqtisadi inkişaf naziri vurğulayıb ki, konsepsiyada sahibkarlığın inkişafına xüsusi diqqət yetirilir. Onun sözlərinə görə, Azərbaycan artıq xarici ölkələrə investisiya yatıran ölkəyə çevrilib: «Azərbaycanda sənaye parklarının yaradılması istiqamətində işlər görülür və yaxın illərdə bu istiqamətdə ciddi iş aparılacaq».


Ş.Mustafayev inkişaf konsepsiyasındakı 8 əsas istiqamət üzrə də məlumat verib. Bunlar öz növbəsində 450-dən artıq altistiqamətə bölünür və bir sıra strategiyaların həyata keçirilməsini nəzərdə tutur. Sənədlərin layihələrinin yarısı artıq hazırlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR