Türkiyədə çoxuşaqlı kasıb ailələr gəlir vergisindən azad ediləcək

Türkiyədə çoxuşaqlı kasıb ailələr gəlir vergisindən azad ediləcək
# 23 oktyabr 2013 10:56 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Türkiyədə azı 3 övladı olan və minimum əməkhaqqı ilə dolanan ailələr gəlir vergisindən azad ediləcək. APA-nın Türkiyənin “Sabah” qəzetinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin maliyyə naziri Mehmet Şimşək deyib. O bildirib ki, bu müddəa “Gəlir vergisi haqqında” yeni qanun layihəsində əksini tapıb və layihə parlamentdə qəbul edildikdən sonra qüvvəyə minəcək. Hazırda Türkiyədə minimum əməkhaqqı 803.68 lirədir.

Qeyd edək ki, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan ölkənin gələcək inkişaf perspektivi baxımından hər ailədə azı 3 uşağın olmasının zəruri sayır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR