Ağ Ev: İran və ABŞ prezidentləri görüşə bilər

Ağ Ev: İran və ABŞ prezidentləri görüşə bilər
# 20 sentyabr 2013 08:25 (UTC +04:00)

Onun sözlərinə görə, tərəflər arasında belə bir görüş gələn həftə Nyu-York şəhərində keçirilməsi planlaşdırılan BMT Baş Assambleyasının 68-ci sessiyası çərçivəsində baş tuta bilər: “Ancaq bir şərtlə ki, İran nüvə proqramını dayandırmaq məsələsində ciddi addımlar atsın”.

C.Karni Həsən Ruhaninin hakimiyyət başına gələndən sonra İranla Qərb arasında müsbət dəyişiklik baş verdiyini təsdiqləyib: “Ona görə də Barak Obamanın iranlı həmkarı ilə görüşmək ehtimalı var. Ancaq belə bir görüş proqramda yoxdur. Belə bir görüş mümkündür və həmişə gerçəkləşməsi ehtimalı var. ABŞ prezidenti iranlı həmkarının andiçmə mərasimi zamanı bunun üçün əlini uzadıb”.

Ağ Evin sözçüsü H.Ruhaninin ABŞ-ın NBC telekanalına müsahibəsi zamanı səsləndirdiyi fikirlərdə müsbət yanaşma nəzərə çarpdığını vurğulasa da, sözlərdən daha çox əməli addımlar atılmasının vacibliyini söyləyib.

C.Karni bildirib ki, B.Obama İranla ikitərəfli müzakirələr aparmaq istəyir: “Ancaq bir şərtlə ki, rəsmi Tehran nüvə proqramının hərbi məqsədli olub-olmaması ilə bağlı dünya ictimaiyyətinin suallarına cavab vermək məsələsində ciddi addım atmalıdır. Bu bizim mövqeyimizdir. Heç bir şübhə yoxdur ki, İranın yeni hökuməti məsələlərdə fərqli bir yanaşma qəbul edib. Əslində bəzi addımların atılması yeni bir yanaşmanın təqdim edildiyini göstərir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR