Azərbaycan Macarıstan şirkətlərini yeni yaradılan texnologiya parklarına dəvət edib

Azərbaycan Macarıstan şirkətlərini yeni yaradılan texnologiya parklarına dəvət edib
# 28 yanvar 2014 08:33 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Macarıstan şirkətləri Azərbaycanda yaradılmaqda olan texnologiya parklarına dəvət olunur. «APA-Economics»in məlumatına görə, bunu bu gün Bakıda keçirilən Azərbaycan-Macarıstan hökumətlərarası komissiyasının iclasında Azərbaycanının rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə bildirib.


Onun sözlərinə görə, bu gün Azərbaycan hökuməti Sumqayıtda və Balaxanıda texnologiya parkları yaradıb: «Bu texnologiya parklarında işləmək və fəaliyyət qurmaq üçün bütün şərait yaradılıb».


Nazir müavini deyib ki, Azərbaycan tərəfi bu texnologiya parklarında Macarıstan şirkətlərinin olmasında da maraqlıdır: «Digər ölkələrin şirkətləri üçün yaradılan imkanlar burada Macarıstandan olan şirkətlər üçün də yaradılacaq».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR