“Azerfon” öz smartfonlarını satışa çıxarır

“Azerfon” öz smartfonlarını satışa çıxarır
# 06 iyun 2014 08:54 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Azərbaycanın mobil operator şirkəti olan “Azerfon” (“Nar Mobile” ticarət nişanı) “Nar” brendi ilə satışa çıxarılan ilk mobil telefonları təşviq etmək məqsədilə yeni “Nar smartfonu” kampaniyasına start verib.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, kampaniyada “Nar smartfonu” almış hər bir şəxs aldığı mobil telefonun tam dəyərini geri qazanmaq fürsəti əldə edəcək. “Android” əməliyyat sistemi, ikinüvəli prosessor və “Nar” proqram təminatına malik olan telefon “Google Store” resursundan 1 milyondan artıq proqram yükləmək imkanını da təmin edir.

Beləliklə, kampaniyaya qoşulan “Nar Mobile” abunəçiləri balanslarını ən az 5 AZN dəyərində artırdıqları təqdirdə, 7 ay ərzində hər ay bonus olaraq 11 AZN qazanacaqlar.

Abunəçilər 7 ay ərzində bu balansdan şəbəkədaxili zənglər və SMS-lər üçün istifadə edə biləcəklər. Bundan başqa, müştərilər aylıq 250 mb İnternet trafiki qazanmaq imkanı da əldə edəcəklər. Bütün bonuslar yeni “Nar” nömrələrinə aybaay yüklənəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR