Azərbaycanın bəzi ərazilərində şimşək çaxacağı, yağış yağacağı gözlənilir

Azərbaycanın bəzi ərazilərində şimşək çaxacağı, yağış yağacağı gözlənilir
# 24 sentyabr 2013 09:46 (UTC +04:00)

Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, havanın temperaturu gecə 15-19, gündüz 23-28 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında isə sentyabrın 25-də havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək. Gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 14-19, gündüz 24-29 dərəcə isti, dağlarda gecə 6-11, gündüz 15-20 dərəcə isti olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR