Rasmussen: “Rusiya NATO-nun əleyhdarına çevrilir”

Rasmussen: “Rusiya NATO-nun əleyhdarına çevrilir”
# 05 may 2014 20:53 (UTC +04:00)

Bakı – APA. NATO-nun baş katibi Anders Foq Rasmussen Ukraynada vəziyyəti nəzərə alaraq Rusiyanın Alyansın tərəfdaşından əleyhdarına çevrildiyini bildirib.

APA-nın BBC News-a istinadən verdiyi məlumata görə, Rasmussen NATO-ya üzv olan ölkələri hərbi büdcələrini artırmağa çağırıb.

“Son illər Şimali Atlantika blokuna daxil olan bir çox ölkələr hərbi büdcələrini 40% azaldıblar. Rusiya isə hərbi xərclərini 30% artırıb” – deyə Rasmussen bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR