Sərnişin avtobusunun vurduğu piyada yerindəcə ölüb

Sərnişin avtobusunun vurduğu piyada yerindəcə ölüb
# 20 may 2014 09:49 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Bakıda marşrut avtobusu piyadanı vurub.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə mayın 19-da saat 21 radələrində Suraxanı rayonu Qaraçuxur qəsəbəsində qeydə alınıb.

Gürcüstan vətəndaşı Fariz Mahmudov idarə etdiyi “Temsa” markalı 208 saylı xətt avtobusu ilə yolu keçən qəsəbə sakini Xəzəngül Fətəliyevanı vurub.

Piyada hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR