Çempionlar Liqasında qrup mərhələsinin III turunun qarşılaşmaları keçirilib - NƏTİCƏLƏR

Çempionlar Liqasında qrup mərhələsinin III turunun qarşılaşmaları keçirilib  - <span style="color: red;">NƏTİCƏLƏR
# 23 oktyabr 2013 00:53 (UTC +04:00)

Bakı-APA. Çempionlar Liqasında 3 həftəlik fasiləyə yekun vurulub. APA-nın Apasport.az saytına istinadən verdiyi xəbərə görə, qrup mərhələsinin III turunun qarşılaşmaları E, F, G və H qruplarındakı görüşlərlə start götürüb.

Turun ilk gününün ən maraq doğuran qarşılaşması Milanda baş tutub. İlk 2 turda məğlub olmayan 2 komandanın dueli həm də liderlərin matçı idi. Avropa nəhəngləri “Milan” və “Barselona”nın qarşı-qarşıya gəldiyi bu matçda qalib müəyyənləşməyib. Tərəflər hərəyə bir qolla meydanı tərk edib.

Digər maraqlı görüş də Londonda baş tutub. Səfərdə “Arsenal”ın qonağı olan son ÇL finalçısı “Borussiya” qələbə sevinci yaşayıb. Dortmundlular rəqibi 2:1 hesabı ilə məğlb edərək qrup liderliyinə yüksəlib.

Almaniyada “Şalke”nin qonağı olan “Çelsi” də 3 xal qazanıb. Joze Mourinyonun yetirmələri 3 cavabsız qolla qalib gəlib.

Qeyd edək ki, Çempionlar Liqasında III tura bu gün A, B, C və D qruplarında keçiriləcək oyunlarla yekun vurulacaq.

Çempionlar Liqası

III tur

22 oktyabr

E qrupu

“Styaua” (Rumıniya) - “Bazel” (İsveçrə) - 1:1

QOL: Martins, 88 - Dias, 48

“Şalke” (Almaniya) - “Çelsi” (İngiltərə) - 0:3

QOL: Torres, 5, 69, Hazard, 88

F qrupu

“Arsenal” (İngiltərə) - “Borussiya” (Dortmund, Almaniya) - 1:2

QOL: O. Jiru, 41 - Mkitaryan, 16, Levandovski, 82

“Marsel” (Fransa) - “Napoli” (İtaliya) - 1:2

QOL: Ayev, 86 - Kalleyon, 42, Zapata, 67

G qrupu

"Porto" (Portuqaliya) - "Zenit" (Rusiya) - 0:1

QOL: Kerjakov, 86

Qırmızı vərəqə: Hektor Herrera, 6 ("Porto")

"Austriya" (Avstriya) - "Atletiko" (İspaniya) - 0:3

QOL: Raul Qarsiya, 8, Kosta, 20, 53

H qrupu

“Seltik” (Şotlandiya) - “Ayaks” (Hollandiya) - 2:1

QOL: Forrest, 45 (pen.), Kayal, 54 - Lasse Şon, 90

Qırmızı vərəqə: Nir Biton, 88 (“Seltik”)

“Milan” (İtaliya) - “Barselona” (İspaniya) - 1:1

QOL: Robinyo, 9 - Messi, 23

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR