Ağ Evin saytında Viktor Yanukoviç əleyhinə petisiyaya 86,361 nəfər imza atıb

Ağ Evin saytında Viktor Yanukoviç əleyhinə petisiyaya 86,361 nəfər imza atıb
# 29 noyabr 2013 17:00 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova – APA. Ağ Evin saytında Ukrayna prezidenti Viktor Yanukoviç və Nazirlər Kabineti üzvlərinə qarşı sanksiyaların tətbiq edilməsi tələbi ilə yerləşdirilən petisiyaya artıq 86, 361 nəfər imza atıb.

APA-nın Ağ Evin rəsmi saytına istinadən verdiyi xəbərə görə, noyabrın 26-da yerləşdirilən petisiya müvafiq idarəyə göndəriləcək, imza atanlar isə qərar haqqında elektron poçt vasitəsilə məlumatlandırılacaqlar.

Petisiyanın müəllifləri hesab edirlər ki, Ukraynanın prezidenti Viktor Yanukoviç və yerli hökumət Ukrayna vətəndaşlarının qərb mədəniyyətinə yaxınlaşmaq hüququnun reallaşmasına mane olurlar.

Petisiyada qeyd edilir ki, ABŞ V. Yanukoviçə və onun nazirlərinə sanksiya qoymalı, onların Avropa Birliyinə, ABŞ-a gəlişinə icazə verməməlidir. Petisiya müəllifləri qeyd olunan şəxslərə aidiyyəti olan şirkətlərin xarici hesablarını dondurmağa da çağırıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR