Dow Jones indeksi 0,4%, S&P 500 0,3%, Nasdaq 0,2% enib

Dow Jones indeksi 0,4%, S&P 500 0,3%, Nasdaq 0,2% enib
# 26 sentyabr 2013 06:44 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Sentyabrın 25-də Amerika fond bazarında Dow Jones indeksi 0,4% - 15 273 bəndədək, S&P 500 0,3% - 1 693 bəndədək, Nasdaq 0,2% - 3 761 bəndədək enib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında indekslərin enməsinə ölkənin dövlət borcu barədə məlumatlar təsir edib. Belə ki, məlum olub ki, oktyabrın 17-dək dövlət borcu limit həddinə çatacaq və bu hədd artırılmasa ölkə tarixində ilk dəfə maliyyə öhdəliklərini yerinə yetirə bilməyəcək.

Avropa fond bazarlarında sentyabrın 25-də FTSE 100 indeksi 0,3% - 6 552 bəndədək enib, Almaniya DAX-ı 0,01% - 8 666 bəndədək yüksəlib, Fransa CAC-40-ı isə 0,01% - 4 195 bəndədək enib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,6% artaraq 1 331,6 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3523 dollar (+0,4%) təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR