Azərbaycanda avtomobillərə dövlət texniki baxışının keçirilməsi qaydalarına dəyişiklik edilib

Azərbaycanda avtomobillərə dövlət texniki baxışının keçirilməsi qaydalarına dəyişiklik edilib
# 04 dekabr 2013 15:19 (UTC +04:00)

APA-nın verdiyi məlumata görə, dəyişikliyə əsasən Əsasnamədə “qəbz” sözü “sənəd” sözü ilə əvəz edilib.

Beləliklə, dövlət texniki baxışının əsas məqsədlərindən biri dövlət texniki baxışının keçirilməsi ilə əlaqədar toplanan haqların ödənilməsi barədə sənədlərin olmasına nəzarəti təmin etmək olacaq. Nəqliyyat vasitələrinə dövlət texniki baxışının keçirilməsi üçün nəqliyyat vasitəsinin sahibi və ya nəqliyyat vasitəsinə sərəncam vermək hüququ olan və qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq olunmuş etibarnaməsi olan şəxs tərəfindən qanunvericiliklə müəyyən edilmiş rüsumun və ya verginin və yaxud ödənclərin ödənilməsi barədə sənəd təqdim olunmalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR