Bakıda qapı-pəncərə sexində yanğın olub

Bakıda qapı-pəncərə sexində yanğın olub
# 11 sentyabr 2013 04:25 (UTC +04:00)

Bakı-APA. Bakıda qapı-pəncərə sexində və mənzildə yanğın baş verib. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın hadisələrindən biri paytaxtın Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan qapı-pəncərə sexində qeydə alınıb. Nəticədə sexin yanar konstruksiyaları 50 kv.m sahədə, içərisində 1 ədəd dəzgah və 2 ədəd qapı yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub.

Daha bir yanğın Binəqədi rayonunda 16 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 3 kv.m olan köməkçi otaqda baş verib. Nəticədə otaqda olan əşyalar yanıb. Köməkçi otaqda olan 5 ədəd məişət qaz balonu (3 ədəd 3 litrlik, 2 ədəd 5 litrlik) yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR