Hüquq müdafiəçisi internat məktəbində şagirdin döyülməsi faktı ilə bağlı baş prokurora müraciət edib

Hüquq müdafiəçisi internat məktəbində şagirdin döyülməsi faktı ilə bağlı baş prokurora müraciət edib
# 22 may 2014 09:06 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov Təhsil Nazirliyi 7 nömrəli xüsusi internat məktəbində şagirdin döyülməsi faktı ilə bağlı baş prokuror Zakir Qaralova müraciət edib.

Bu barədə APA-ya məlumat verən E. Behbudov bildirib ki, bir sıra ictimai təşkilatlar komitəyə müraciət edərək 7 saylı xüsusi internat məktəbində II sinif şagirdi Nahid Cavadovun müəllimə tərəfindən taxta parçası ilə döyülməsi barədə məlumat veriblər: “Biz də baş prokurora müraciət edərək, bu məsələnin nəzarətdə saxlanılması, ətraflı araşdırılmasını və günahkarın cəzalandırılmasını xahiş etdik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR