Azərbaycanda daşınmaz əmlakın icbari sığortası mexanizmi dəyişir

Azərbaycanda daşınmaz əmlakın icbari sığortası mexanizmi dəyişir
# 19 iyun 2014 11:19 (UTC +04:00)

Bakı – APA-Economics. Azərbaycanda daşınmaz əmlakın icbari sığortası mexanizminin dəyişilməsi nəzərdə tutulub.

APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında maliyyə naziri Samir Şərifov deyib.

“Qanunvericilikdə minimal həddlə evlərin sığortalanması nəzərdə tutulub. Lakin onu da qeyd etməliyəm ki, mənzil və ev sahibləri bu sığorta növündən o qədər də faydalanmırlar. Ona görə, biz daha effektiv və praktiki baxımından tətbiqi asan olan mexanizm barədə fikirləşirik. Bu məsələdə ehtiyatla davranırıq. İlk növbədə əhalinin maddi imkanlarını nəzərə almalıyıq”, - nazir bildirib.

Müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq, hazırda vətəndaşlar yaşayış evlərini və mənzillərini Bakıda 50 manat ödəməklə 25 min manatlıq, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində 40 manat ödəməklə 20 min manatlıq, digər yaşayış məntəqələrində isə 20 manat ödəyərək 15 min manatlıq icbari sığorta etdirə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR