Federasiya Şurasının sədri: “Rusiyanın Ukraynaya hərbi müdaxilə edəcəyi barədə deyilənlər həqiqətə uyğun deyil”

Federasiya Şurasının sədri: “Rusiyanın Ukraynaya hərbi müdaxilə edəcəyi barədə deyilənlər həqiqətə uyğun deyil”
# 26 fevral 2014 14:55 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. “Rusiyanın Ukraynaya hərbi müdaxilə edəcəyi ilə bağlı deyilənlər həqiqətə uyğun deyil”. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko bildirib.

“Belə bir ssenarinin həyata keçirilmə ehtimalı yoxdur. Rusiya mövqeyini qəti şəkildə ortaya qoyub. Bizim müstəqil və suveren bir dövlətin daxili işlərinə qarışmaq haqqımız yoxdur” - deyə V.Matviyenko bildirib.

Ukraynada yaşayan rus dilli əhaliyə və Krımda yaşayan ruslara Rusiya vətəndaşlığının verilməsi ilə bağlı iddialara münasibət bildirən V.Matviyenko bu cəhdin çox vaxtsız olduğunu söyləyib: “Bu təklifin diqqətli bir şəkildə araşdırılması və müzakirə edilməsi lazımdır. Bu, yersiz bir davranış ola bilər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR