Azərbaycanda mobil nömrələrin daşınması sisteminin tətbiqinin ləngiməsinin səbəbləri açıqlanıb

 Azərbaycanda mobil nömrələrin daşınması sisteminin tətbiqinin ləngiməsinin səbəbləri açıqlanıb
# 08 noyabr 2013 12:13 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ölkədə mobil nömrələrin daşınması sisteminin hələ də tətbiq olunmamasının səbəblərini açıqlayıb.

«APA-Economics»in məlumatına görə, rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə bildirib ki, Azərbaycanda mobil nömrələrin daşınması xidmətinin hələ də həyata keçirilməməsi sırf texniki səbəblərlə bağlıdır.

Onun sözlərinə görə, bu işdə həm Rabitə və İnformasiyaları Texnologiyaları Nazirliyinə, həm də mobil rabitə operatorlarına aid olan məsələlər var: «Hər iki tərəf bunun həlli üzərində çalışır. Verilən vaxt möhləti ondan ibarətdir ki, artıq çox tezliklə mobil operatorlar bunu təmin etməlidir».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR