Xalq artisti Flora Kərimovanın DSMF-na qarşı kassasiya şikayəti təmin edilməyib

Xalq artisti Flora Kərimovanın DSMF-na qarşı kassasiya şikayəti təmin edilməyib
# 10 oktyabr 2013 14:34 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Ali Məhkəmədə xalq artisti Flora Kərimovanın Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Səbail rayon şöbəsinə qarşı kassasiya şikayəti əsasında məhkəmə prosesi keçirilib.

F. Kərimovanın vəkili Fuad Ağayevin APA-ya verdiyi məlumata görə, prosesdə qərar elan olunub. Qərara əsasən, şikayət təmin edilməyib.

Qeyd edək ki, F. Kərimova əmək pensiyasının deputat pensiyasına uyğunlaşdırılması barədə iddia ilə 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsinə müraciət edib. Məhkəmə iddianı təmin etməyib. Qərardan verilən apellyasiya şikayəti də Bakı Apellyasiya Məhkəməsi tərəfindən təmin edilməyib.

F. Kərimoav məhkəməyə təqdim etdiyi iddia ərizəsində göstərib ki, 2005-ci ildə parlament seçkilərində iştirak edib. Lakin rəsmi nəticələr görə, qalib gəlməyib. Bununla bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edilib. Məhkəmə F. Kərimovanın xeyrinə qərar çıxarıb. İddiada əsas kimi məhz Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı göstərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR