Elza İbrahimovanın 75 illiyi qeyd ediləcək

Elza İbrahimovanın 75 illiyi qeyd ediləcək
# 03 dekabr 2013 16:52 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. Dekabrın 5-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında xalq artisti Elza İbrahimovanın 75 illik yubileyi qeyd ediləcək. Filarmoniyadan APA-ya verilən məlumata görə, tədbirdə “Dan ulduzu” ansamblı və Xalq Çalğı Alətləri Orkestrinin müşayiəti ilə xalq artistləri Flora Kərimova, Yalçın Rzazadə və başqaları Elza İbrahimovanın mahnılarını səsləndirəcəklər. Yubiley gecəsində bəstəkar Oqtay Rəcəbov, şair Vahid Əziz bəstəkarın yaradıcılığından, Azərbaycan musiqi sənətinin inkişafına verdiyi töhfələrdən söz açacaqlar.

Yubiley tədbiri Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycan Dövlət Filarmoniyasının birgə təşkilatçılığı ilə keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR