Ankarada polislə tələbələr arasında toqquşmalar olub, 14 nəfər saxlanılıb

Ankarada polislə tələbələr arasında toqquşmalar olub, 14 nəfər saxlanılıb
# 07 sentyabr 2013 04:01 (UTC +04:00)

Bakı-APA. Ankarada polislə tələbələr arasında toqquşmalar baş verib. APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, tələbələr Texniki Universitetin tələbə şəhərciyindən salınacağı planlaşdırılan yolun inşasına etiraz edib. Gözyaşardıcı qaz və rezin güllələrin istifadə olunduğu aksiya zamanı polis 14 nəfəri saxlayıb.

Qeyd edək ki, Ankara Texniki Universitetinin tələbə şəhərciyinin yerləşdiyi ərazi Türkiyə paytaxtında ən böyük park sayılır.

Bu arada İstanbulda polis Gezi parkını mühasirəyə alıb. Buna səbəb yerli fəalların Ankaradakı tələbələrlə həmrəylik nümayiş etdirmək məqsədilə etiraz aksiyası keçirmək istəyi olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR