Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir
# 11 noyabr 2013 16:21 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Azərbaycan prezidenti İlham Əliyevin ünvanına yenidən prezident seçilməsi münasibəti ilə təbrik məktubları gəlməkdə davam edir.

APA-nın xəbərinə görə, Şimali Kipr Azərbaycan Mədəniyyət Mərkəzinin sədri, Yaxın Şərq Universitetinin prorektoru, professor Fəxrəddin Məmmədov üçüncü dəfə Azərbaycan prezidenti seçilməsi münasibətilə dövlət başçısı İlham Əliyevi Şimali Kiprdəki Azərbaycan diasporu adından təbrik edib: “Sizin müdrik rəhbərliyinizlə doğma Azərbaycanımızın güclü sosial, iqtisadi, təhsil, sağlamlıq və digər sahələrdə dünya dövlətləri arasında ön sıralarda yer alacağına əminik”.

Cənubi Afrika Respublikası “PetroSA” Dövlət Neft Şirkətinin prezidenti Nosizve Nokve-Makamonun təbrik məktubunda vurğulanıb ki, İlham Əliyevin növbəti rəhbərlik dövrü də Azərbaycan üçün uğurlu olacaq: “Azərbaycan Dövlət Neft Akademiyasının keçmiş tələbəsi və Azərbaycan Respublikasının Cənubi Afrika Respublikasındakı dostlarından biri kimi mən ölkəniz və onun qonaqpərvər xalqı barədə xoş təəssüratlara malikəm. Elə buna görə də Sizin növbəti inamlı qələbəniz məni çox sevindirdi. Əminəm ki, Azərbaycanın gələcəyi daha parlaq olacaqdır”.

Qırğız Respublikasının Bişkek şəhərindəki “TÜRKEL” İctimai Fondunun prezidenti, “TÜRKEL” qəzeti baş redaktorunun müavini Hökümə Xəlilovanın təbrik məktubunda isə deyilir: “Əminik ki, müstəqil Azərbaycanın qüdrətinin artması, onun inkişaf etmiş ölkələr arasında mövqeyinin daha da möhkəmlənməsi, torpaqlarımızın işğaldan azad olunması, diasporumuzun güclənməsi məsələləri prezidentliyinizin yeni dönəmində də prioritet sahələr olacaq”.

“Biz, Vətəndən uzaqda yaşayan azərbaycanlılar ölkəmizdə gedən prosesləri diqqətlə izləyir, Azərbaycanın uğurlarına çox sevinirik. Azərbaycanımızın işıqlı gələcəyi üçün apardığınız mübarizədə daha böyük uğurlar arzulayırıq”.

Bu fikirlər isə Azərbaycan Mərkəzi və Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının üzvləri adından ünvanlanan təbrik məktubunda yer alıb.

Almaniyadakı “Xəzər” Alman-Azərbaycan Cəmiyyətinin sədri, Hannover şəhəri Sahlkamp-Vahrenheide rayonun deputatı və inteqrasiya şurasının üzvü Etibar Qəniyev də Azərbaycan prezidentini təbrik edib: “Xəzər” Alman-Azərbaycan Cəmiyyəti xüsusi vurğulayır ki, seçkilərdə parlaq qələbə Sizin qazandığınız yüksək nüfuzun, xalqın arzu və istəklərinin ifadəsidir”.

“Azəri” İslandiya-Azərbaycan cəmiyyətinin sədri Zakir Həsənov da prezident İlham Əliyevə təbrik ünvanlayıb: “Azərbaycan xalqı və öz Vətəninin hüdudlarından kənarda yaşayan azərbaycanlılar sizin prezident vəzifəsində çalışdığınız illərdə qazandığınız uğurları görür və yüksək qiymətləndirirlər. Odur ki, Azərbaycan xalqı öz xoşbəxt gələcəyini Sizə etibar edib”.

ABŞ-ın Florida ştatının Mayami şəhərində fəaliyyət göstərən Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının sədri Töhfə Eminovanın təbrik məktubunda isə deyilir: “Müasir müstəqil Azərbaycan Respublikasının yüksəlişi, bütün dünyada nüfuzunun artması, diasporumuzun daha da möhkəmlənməsi, xalqımızın tərəqqisi və rifahı naminə ali dövləti fəaliyyətinizdə Sizə uğurlar diləyirik”.

Birləşmiş Ərəb Əmirliklərindəki “Azərbaycan” Cəmiyyətinin sədri, Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının üzvü Samir İmanov da dövlət başçısı İlham Əliyevə təbrik məktubu göndərib: “Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Birləşmiş Ərəb Əmirliklərində yaşayan azərbaycanlılar adından səmimi qəlbdən təbrik edirəm. Sizə gələcək işlərinizdə böyük uğurlar diləyirik”.

Dərbənd İncəsənət və Mədəniyyət İnstitutunun rektoru, professor, RF Federal Məclisi Federasiya Şurasının üzvünün köməkçisi, Şəhər Məclisinin deputatı, RF Əməkdar Mədəniyyət İşçisi Həsən Mirzəyevin təbrik məktubunda isə “Sizin yeni prezidentliyiniz dövründə Dağıstan ilə Azərbaycanın dostluğu daha da möhkəmlənəcək və inkişaf edəcək, iqtisadi və mədəni əlaqələrin dinamikası artacaqdır”, - deyə bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR