«Unibank»da «Albalılı həftə sonları» başlayıb

«Unibank»da «Albalılı həftə sonları» başlayıb
# 20 dekabr 2013 08:54 (UTC +04:00)

Bakı. Nail Hüseynli – APA-Economics. «Unibank» ASC Yeni İl öncəsi bütün «Albalı» kart sahibləri üçün xüsusi «Albalılı həftə sonları» kampaniyasına başlayıb.

Bankdan «APA-Economics»ə verilən məlumata görə, dekabrın sonunadək hər şənbə-bazar günləri tərəfdaş mağazalardan üç və daha artıq taksitli əməliyyatlara, Bankdan əlavə bir taksit hədiyyə ediləcək.

Qeyd edək ki, ilin sonunadək hər bir «Albalı» kart sahibinin etdiyi alış-verişin müqabilində Yeni İl hədiyyəsi qazanmaq şansı da var. «Albalı» ilə edilən hər 10 manatlıq alış-veriş, sahibinə pul mükafatları qazandıra bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR