Ukrayna hava məkanını hərbi təyyarələr üçün bağlı elan edib - VİDEO

Ukrayna hava məkanını hərbi təyyarələr üçün bağlı elan edib - <span style="color: red;">VİDEO
# 02 mart 2014 18:06 (UTC +04:00)

Bakı-APA. Ukrayna hava məkanını hərbi təyyarələr üçün bağlı elan edib.

APA-nın Ukranya KİV-lərinə istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna prezidentinin səlahiyyətlərini icra edən Aleksandr Turçinov göstəriş verib.

Onun sözlərinə görə, hər hansı hərbi obyektə hücum Rusiyanın Ukraynaya qarşı zor tətbiq etməsi kimi qiymətləndiriləcək.

A.Turçinov Rusiya Federasiya Şurasının Putinin Ukrayna ərazisinə qoşun yeridilməsinə icazə istəməsi ilə bağlı müraciətini müsbət qiymətləndirməsini ölkəsinə qarşı müharibənin başlanması kimi qiymətləndirib və xarici tərəfdarlardan kömək istəyib.

Bu arada Ukrayna KİV-ləri bu ölkənin ərazisində olan hərbi hissələrin Rusiya qoşunları tərəfindən nəzarətə götürülməsi barədə məlumatlar yayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR