ABŞ İraq ssenarisi ilə Suriyaya irimiqyaslı müdaxilə planlaşdırmır

ABŞ İraq ssenarisi ilə Suriyaya irimiqyaslı müdaxilə planlaşdırmır
# 29 avqust 2013 22:11 (UTC +04:00)

Bakı-APA. ABŞ Suriyada kimyəvi silah istifadəsinə cavab tədbiri olaraq bu ölkəyə qarşı İraq ssenarisi ilə irimiqyaslı müdaxilə həyata keçirməyi planlaşdırmır. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Mari Xarf deyib.

“Heç kəs irimiqyaslı müdaxilədən danışmır. Burada söhbət İraq ssenarisinin təkrarlanmasından getmir”, deyə Xarf bildirib.

Onun sözlərinə görə, hətta hərbi variantın seçiləcəyi təqdirdə belə, bunda məqsəd Bəşər Əsədi devirmək olmayacaq.

“Münaqişənin siyasi yolla nizamlanması Suriya xalqının marağındadır”, deyə ABŞ Dövlət Departamentinin nümayəndəsi bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR