Valeriya Korotenko “Azəryol” klubundan ayrılıb

Valeriya Korotenko “Azəryol” klubundan ayrılıb
# 12 sentyabr 2013 11:23 (UTC +04:00)

Bakı – APA. Azərbaycan millisinin liberosu Valeriya Korotenko yeni mövsümü boşa verəcək. Apasport.az saytının əldə etdiyi məlumatına görə, yığmamızın Avropa çempionatında uğursuz çıxışından sonra istirahətə yollanan 29 yaşlı voleybolçu “Azəryol”a qayıtmayacaq.


Korotenkonun 9 il şərəfini qoruduğu “dəmiryolçular”a (yeni mövsümə kimi komanda “Azərreyl” adlanıb) kömək edə bilməməyinə səbəb onun ana olmaq istəyidi. Artıq klub və milli komanda rəhbərliyinin icazəsini alan bəstəboy idmançı ən azı qarşıdakı mövsümü boşa verəcək.

Qeyd edək ki, Valeriya 2011-ci ilin iyununda Nicat Məmmədovla ailə qurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR