AMEA institutlarına yeni direktorların nə vaxt seçiləcəyi açıqlanıb

AMEA institutlarına yeni direktorların nə vaxt seçiləcəyi açıqlanıb
# 14 dekabr 2013 11:14 (UTC +04:00)

APA-nın xəbərinə görə, AMEA-nın prezidenti Akif Əlizadə jurnalistlərə açıqlamasında deyib ki, akademiyanın Nizamnaməsinə uyğun olaraq, yeni direktorların seçilməsi fevral-mart aylarında həyata keçiriləcək. A. Əlizadə qeyd edib ki, yeni elanda 10-dan artıq vakansiya olacaq: “ Nizamnaməyə uyğun olaraq, institutu direktorları 5 ildən bir təyin edilməlidirlər. Gələn il elan ediləcək vakansiya zamanı da 5 illik müddəti bitmiş direktor yerlərinə müsabiqə yolu ilə təyinatlar olacaq”.

A. Əlizadə qeyd edib ki, bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) institutlarda müəyyən problemlər var. O vurğulayıb ki, 2014-2020-ci ilə qədər institutların strukturları, proritet istiqamətləri və proqramlarını müəyyən etmək ən mühüm məsələlərdən biridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR