“Azərbaycan Dəmir Yolları” Baş Ələt stansiyasında mülki müdafiə məşqi təşkil edib - FOTO

“Azərbaycan Dəmir Yolları” Baş Ələt stansiyasında mülki müdafiə məşqi təşkil edib - <span style="color: red;">FOTO
# 18 aprel 2014 09:26 (UTC +04:00)

Bakı - APA. Bu gün “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) 2014-cü ildə mülki müdafiə (MM) tədbirlər planına müvafiq olaraq Baş Ələt stansiyasının ərazisində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı Mülki Müdafiə orqan və qüvvələrinin idarə edilməsi” mövzusunda növbəti kompleks obyekt mülki müdafiə məşqi keçirilib.

“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədovun APA-ya verdiyi məlumata görə, bununla əlaqədar olaraq stansiyanın rəhbər işçiləri, Fövqəladə Hallar Komissiyasının üzvləri, MM qüvvələri və şəxsi heyəti, stansiya ərazisində yerləşən digər dəmiryolu müəssisələri işçiləri məşqə cəlb olunub.

Məşqin əsas məqsədi fövqəladə hallar zamanı stansiyanın MM planlarının reallığını əks etdirmək, mövcud xəbərdarlıq sxemi əsasında MM qüvvələrinin çevik qaydada hazır vəziyyətə gətirilməsi, hadisə yerinə göndərilməsi, yaranmış vəziyyətin qiymətləndirilməsi, hadisə yerindən məlumatların toplanması, obyekt rəhbərinin, MM qüvvələrinin fasiləsiz və düzgün idarə olunması bacarığının təkmilləşdirilməsi, dəyəcək ziyanın müəyyən qədər azaldılmasının hərtərəfli dərindən təhlil edilməsi olub. “Azərbaycan Dəmir Yolları” QSC-nin Hərəkətin təhlükəsizliyi üzrə baş texniki müfəttişliyinin təşkilatçılığı ilə keçirilən məşqdə stansiyanın obyekt rəhbərləri və Fövqəladə Hallar Komissiyasının üzvləri, MM qüvvələri iştirak ediblər. Hazırlıq işləri “Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini Qurban Nəzirovun şəxsi nəzarəti ilə həyata keçirilib.

Baş Ələt stansiyasının ərazisində keçirilən obyekt məşqi həyəcan siqnalının verilməsi ilə başlayıb. Rəhbər işçilər qovşaq Mülki Müdafiə Qərargahı rəhbərinin yanında toplanıblar. Qərargah rəhbəri, stansiyasının rəisi İqbal Nəcəfov məlumat verib ki, şərti olaraq səhər saatlarında yağan güclü leysan nəticəsində yolları su basıb, stansiyanın girişində yolu torpaq yatağı yuyulduğundan vaqonlar relsdən çıxıb, neftlə yüklü vaqon aşıb və neft məhsulları əraziyə dağılıb. Hadisə nəticəsində stansiyanın binalarında çatlar əmələ gəlib, inzibati binada qısa qapanma nəticəsində yanğın baş verib, işçilər arasında müxtəlif dərəcəli xəsarət alanlar və yaralananlar var. Stansiyada xidməti binaların bəzi sahələrində uçqunlar olub. Məşq rəhbəri təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün MM qüvvələrinə müvafiq göstərişlər verib. İctimai asayişi mühafizə manqası ərazini dərhal çəpərlədi və postlarda dayanaraq əraziyə kənar şəxslərin daxil olmaması üçün tədbirlər gördülər. Səsgücləndirici vasitəsi ilə 1-2 dəqiqə ərzində “Yanğın həyəcanı” siqnalı verilib. Müvəqqəti rabitə bərpa edilib, bərpa işlərinə başlanıb, yanğın söndürülüb. Təlimdən sonra keçirilən müşavirədə Hərəkətin təhlükəsizliyi üzrə baş texniki müfəttişliyin MM üzrə texniki inspektoru İsa Xudiyev çıxış edərək stansiyada MM qüvvələrinin hazırlıq vəziyyətinin qənaətbəxş olduğunu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR