İrana 4,2 milyard dollar vəsaitin hansı tarixlərdə və nə qədər veriləcəyi açıqlanıb

İrana 4,2 milyard dollar vəsaitin hansı tarixlərdə və nə qədər veriləcəyi açıqlanıb
# 13 yanvar 2014 10:53 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranla “altılıq” ölkələri arasında nüvə sahəsində Cenevrədə əldə olunmuş anlaşmaya uyğun olaraq Birgə Fəaliyyət Planının yanvarın 20-dən icraya yönəlməsinin ardından bu ölkənin xarici banklarda dondurulmuş pullarının bir qismi sərbəst buraxılacaq.

APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, 6 aylıq razılaşma müddətində 4,2 milyard dolların İrana tam şəkildə deyil, hissə-hissə veriləcəyi açıqlanıb. İran bu pulun ilk partiyasını fevralın 1-də alacaq. ABŞ Dövlət Departamentinin rəsmisi “Reuters” agentliyinə açıqlamasında həmin pulun hansı tarixlərdə və nə qədər veriləcəyini belə açıqlayıb:

1 fevral - 550 milyon dollar

1 mart - 450 milyon dollar

7 Mart - 550 milyon dollar

10 aprel - 550 milyon dollar

15 aprel - 450 milyon dollar

14 may - 550 milyon dollar

17 iyun - 550 milyon dollar

20 iyul - 550 milyon dollar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR