“Kövsər Bank”ın lisenziyası bərpa edilib

“Kövsər Bank”ın lisenziyası bərpa edilib
# 25 aprel 2014 07:55 (UTC +04:00)

AMB-dən “APA-Economics”ə verilən məlumata görə, müvafiq qərar Mərkəzi Bankın İdarə Heyəti tərəfindən aprelin 9-da qəbul edilib.

“Kövsər Bank”dan “APA-Economics”ə verilən məlumata görə, rəhbər şəxslər artıq işə çıxmağa başlayıblar.

Beləliklə, ölkədə fəaliyyət göstərən kommersiya bankların sayı 44-ə çatıb.

Xatırladaq ki, AMB “Kövsər Bank”ın lisenziyasını 2010-cu ilin sonunda ləğv edilməsi barədə qərar qəbul edib. Buna səbəb kimi, bankın AMB-nin ümumi kapitala minimum tələblərin yerinə yetirilməməsi və bank qanunvericiliyində yol verilən pozuntular göstərilib.

Ötən ilin aprelində isə “Kövsər Bank”ın səhmdarının müraciəti əsasında Bakı Apellyasiya Məhkəməsi 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsinin bankın müflisləşməsi haqqında qətnaməsinin ləğv edilməsi ilə bağlı qərar çıxarıb.

Onun da qeyd edək ki, “Kövsər Bank” islam bankçılığı prinsipləri üzrə fəaliyyət göstərən Azərbaycanda ilk, MDB-yə üzv olan ölkələrdə isə ikinci bankdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR