Lənkəranın çayçılıq təsərrüfatlarına yeni texnikalar gətirilib - FOTO

Lənkəranın çayçılıq təsərrüfatlarına yeni texnikalar gətirilib - <span style="color: red;">FOTO
# 20 iyun 2014 17:00 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev - APA. Azərbaycanın ən böyük çayçılıq təsərrüfatlarının olduğu Lənkəran rayonunda məhsuldarlığı daha da yüksəltmək və əl əməyindən istifadəni azaltmaq məqsədilə Yaponiyadan yeni və keyfiyyətli texnikalar gətirilib.

APA-nın cənub bürosunun məlumatına görə, çoxfunksiyalı olan bu unikal aqreqatlar əsasən becərmə, kultivasiya, dərmanlama və budama işlərini həyata keçirir. Bu işlərin hər birini daha effektiv şəkildə görməklə texnikalar məhsuldarlığa da müsbət təsir göstərmiş olacaq.

İlk mərhələdə hələlik 4 belə texnika gətirilib və yapon mütəxəssislər özləri də iş prinsipini göstərmək üçün Lənkərana gəliblər.

Qeyd edək ki, daha effektiv, yüngül və dinamik olan bu mini traktorlar 7 saat ərzində 5 hektar ərazidə becərmə işləri həyata keçirə bilir.

Lənkəran Şəhər İcra Hakimiyyətinin aqrar məsələlər şöbəsindən verilən məlumata görə, çayçılıqda yeni texnologiyaların tətbiqi fermerlərə bu sahəni daha da inkişaf etdirməyə imkan yaradıb. Belə ki, yerli mütəxəssislər tərəfindən yetişdirilən 1 milyon çay şitilinin sentyabr-oktyabr aylarında sahələrə köçürülməsi ilə rayonda daha 60 hektarda yeni çay plantasiyasının salınması nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR