Azərbaycan-Yunanıstan parlamentlərarası dostluq qrupunun azərbaycanlı üzvləri Afinaya gedir

Azərbaycan-Yunanıstan parlamentlərarası dostluq qrupunun azərbaycanlı üzvləri Afinaya gedir
# 23 noyabr 2013 15:42 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Milli Məclisin Sosial siyasət komitəsinin sədri, Yunanıstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Hadi Rəcəbli, deputatlar Azər Badamov, Hüseynbala Mirələmov, Nazim Fərəcov və İqbal Məmmədov noyabrın 24-də Afinaya səfər edəcəklər. MM-dən APA-ya verilən məlumata görə, səfər Yunanıstan parlamentinin Azərbaycanla dostluq qrupunun rəhbəri Dimitris Kiriazidisin dəvəti ilə həyata keçirilir.

Səfər zamanı nümayəndə heyətinin üzvləri bu ölkənin qanunvericilik orqanının strukturu, fəaliyyəti, deputatların iş şəraiti ilə yaxından tanış olacaq, həmkarları ilə bir sıra görüşlər keçirəcək, parlamentlərarası əlaqələrin inkişafı və digər maraq doğuran məsələlər ətrafında müzakirələr aparacaqlar.

Səfər noyabrın 27-də başa çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR