Ağdamda dəfələrlə evdən qaçan qız tapılaraq ailəsinə təhvil verilib - VİDEO

Ağdamda dəfələrlə evdən qaçan qız tapılaraq ailəsinə təhvil verilib - <span style="color: red;">VİDEO
# 10 yanvar 2014 10:55 (UTC +04:00)

Ağdam. Teymur Zahidoğlu - APA. Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları iki ay əvvəl yoxa çıxan rayon sakinini tapıblar. APA-nın Qarabağ bürosunun xəbərinə görə, rayonun Eyvazlı kənd sakini Abdullayeva Günay Kamal qızı iki ay əvvəl evdən çıxıb və geri qayıtmayıb. Rayon Polis Şöbəsindən verilən məlumatda bildirilir ki, 2013-cü ildə ailəsinin müraciəti əsasında onun barəsində Ağdam rayon polis şöbəsi tərəfindən 2 axtarış işi açılıb. Buna baxmayaraq, Günay Abdullayeva təkcə ötən il 4 dəfə evlərindən xəbərsiz çıxıb gedib və polis tərəfindən tapılaraq geri qaytarılıb. Ailəsinə təhvil verilən Günay Abdullayeva artıq kənd həyatından bezdiyini, təhsil alaraq şəhər yerində yaşamaq istədiyini, yenidən evdən gedəcəyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR