Rza Zərrabın iranlı ortağı Babək Zəncani Tehranda təkadamlıq kamerada saxlanılır

Rza Zərrabın iranlı ortağı Babək Zəncani Tehranda təkadamlıq kamerada saxlanılır
# 07 yanvar 2014 13:49 (UTC +04:00)

APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, tanınmış milyarder hazırda 12 kvadratmetrlik təkadamlıq kamerada saxlanılır, ona heç bir güzəşt edilməyib və ya xüsusi imkanlar verilməyib.

Bundan əlavə, B.Zəncaninin baş köməkçisinin bürosunda araşdırma aparılıb. Zəncan küçəsindəki büroda aparılan yoxlamadan sonra köməkçinin həbs edildiyi bildirilir. Eyni zamanda İran parlamentinin 90-cı maddə komissiyasının sözçüsü Mustafa Əfzəlifərd B.Zəncaninin İran Mərkəzi Bankına 2,6 milyard avro borcu olduğunu bildirib: “Bu borc onun İranın xam neftinin satışından əldə etdiyi gəlirdir. Hərçənd bu mövzuda bəzi ziddiyyətli şərhlər verilir. Ancaq sənədlər bu pulun İran Mərkəzi Bankına köçürülmədiyini ortaya qoyur”.

Qeyd edək ki, B.Zəncani İran Neft Nazirliyinə olan borcu və sosial sığorta məsələsi ilə bağlı açılmış iş səbəbindən tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR