Zemfira Meftahəddinova dünya çempionatına aparılmır

Zemfira Meftahəddinova dünya çempionatına aparılmır
# 11 sentyabr 2013 11:33 (UTC +04:00)

Bakı – APA. Sentyabrın 14-25-də Perunun paytaxtı Limada stend atıcılığı üzrə dünya çempionatını keçiriləcək. Apasport.az saytının məlumatına görə, mundiala yollanacaq Azərbaycan millisinin heyəti artıq məlumdur.


Belə ki, baş məşqçi Hafiz Cəfərov Cənubi Amerikada xanım idmançılarımızın iştirakına ehtiyac duymayıb. Nəticədə Olimpiya çempionumuz Zemfira Meftahətdinovanın da qatılmayacağı dünya çempionatında ölkəmizin idman şərəfini Elvin İsmayılovla (trap) Emin Cəfərov (skit) qoruyacaq.

Gənclərin mübarizəsində isə hədəf önünə Niyaz Ağazadə, Fuad Qurbanov (hər ikisi skit), Əlimirzə Quliyev və Əli Hüseynli (hər ikisi trap) çıxacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR