Barak Obama Rusiya ilə ABŞ-ın Suriya kimyəvi silahının ləğvi barədə razılaşmasını alqışlayıb

Barak Obama Rusiya ilə ABŞ-ın Suriya kimyəvi silahının ləğvi barədə razılaşmasını alqışlayıb
# 14 sentyabr 2013 21:34 (UTC +04:00)

Bakı-APA. ABŞ prezidenti Barak Obama Rusiya ilə ABŞ-ın Suriyanın kimyəvi silahının ləğv edilməsi barədə razılaşmasını alqışlayıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Barak Obamanın bəyanatında deyilir.

“Mən Cenevrədəki danışıqlarda ABŞ və Rusiyanın nail olduqları irəliləyişi alqışlayıram. Suriyanın kimyəvi silahının ləğv edilməsi üçün beynəlxalq nəzarətə verilməsi istiqamətində çox mühüm və konkret bir addımdır”, deyə Obamanın bəyanatında deyilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR