Nazir: “Azərbaycanda 9 milli park, 11 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı var”

Nazir: “Azərbaycanda 9 milli park, 11 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı var”
# 04 sentyabr 2013 11:49 (UTC +04:00)

Bu da ölkə ərazisinin 10,3 %-ni, o cümlədən Milli Parklar 3,7 %-ni təşkil edir. APA-nın məlumatına görə, bunu ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Yeni Azərbaycan Partiyasının (YAP) saytına müsahibəsində deyib.


H. Bağırov bildirib ki, son 10 ildə geoloji axtarış-kəşfiyyat işlərində ciddi nəticələr əldə olunub, Azərbaycanın 25 bölgəsində 192 müxtəlif təyinatlı yatağın ehtiyatları balansa alınıb: “İqlim dəyişmələrinin təsirindən yaranan təhlükəli hidrometeoroloji hadisələrə nəzarətin gücləndirilməsi, proqnoz və erkən xəbərdarlıq sisteminin təkmilləşdirilməsi üçün hidrometeorologiya sahəsində yeni texnologiyaların tətbiqi, modernləşdirmə işləri aparılıb”.

Nazir bildirib ki, ekoloji vəziyyət və ətraf mühitə dair qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində bir sıra yeni qanunlar qəbul edilib, mövcud qanunlara əlavə və dəyişikliklər olunub. Ekoloji problemlərin həllinə yönələn tədbirlərin səmərəliliyini artırılması, əlavə ekoloji problemlərin yaranmasının qarşısını alınması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində son 10 ildə bu sahədə nəzərəçarpacaq nailiyyətlər əldə edilib. Nüfuzlu tədqiqat mərkəzləri olan ABŞ-ın Yel və Kolumbiya Universitetləri tərəfindən 2012-ci ilin yanvar ayında açıqlanan Beynəlxalq Ekoloji Fəaliyyətin Nəticələrinin İndeksi (Envronmental Performance İndex) sənədində ətraf mühit sahəsində son 10 ildə baş verən müsbət dəyişikliklərin tempinə görə Azərbaycan 132 ölkə arasında 2-ci yeri tutub.


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR