ABŞ Nümayəndələr Palatasının 104 üzvü Barak Obamanın İranla bağlı siyasətini dəstəkləyib

ABŞ Nümayəndələr Palatasının 104 üzvü Barak Obamanın İranla bağlı siyasətini dəstəkləyib
# 13 fevral 2014 08:37 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. ABŞ Nümayəndələr Palatasının 104 üzvü ölkə prezidentinə məktub ünvanlayıb.

APA-nın “Radiofərda”ya istinadən verdiyi məlumata görə, sənəddə Barak Obamanın İranla bağlı siyasətinin dəstəkləndiyi ifadə olunub.

İranın nüvə məsələsinin nizamlanması üçün bu ölkə ilə danışıqlara fürsət tanındığı və ölkə prezidentinin diplomatik həll səylərinin dəstəkləndiyi qeyd edilib: “Biz inanırıq ki, ABŞ Konqresi diplomatiyaya imkanı verməlidir”.

Məktubun müəllifləri ABŞ Nümayəndələr Palatasının üzvləri Devid Prays və Lloyd Dajtdır. Sənədi ABŞ Nümayəndələr Palatasının demokrat üzvlərinin hər ikisindən biri imzalayıb və ona qoşulanlar arasında 4 respublikaçı qanunverici də var. Məktub daha çox imzanın toplanmasına imkan verir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR